525.Az

Türkiyənin yeni səfiri artıq Bakıdadır


 

Türkiyənin yeni səfiri artıq Bakıdadır

Türkiyənin Azərbaycana təyin edilmiş yeni səfiri İsmayıl Alper Çoşqun artıq Bakıdadır və yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq. Bu barədə Trend-ə diplomatik mənbədən daxil olan məlumatda bildirilib.

Mənbənin bildirdiyinə görə, bugünlərdə səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edəcək.

Qeyd edək ki, fevralın 23-də Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub. Bundan öncə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində Hulusi Kılıç çalışırdı.

 





17.09.2012    çap et  çap et