525.Az

Müdrik kəlamlar aləmi...


 

Müdrik kəlamlar aləmi...<b style="color:red"></b>

Akademik Teymur Bünyadov

Hikmət sirdaş olub qala biləydi,
Zəngli saat kimi çala biləydi,
Gen gündə gün kimi aydın olanı
Məqamda yadıma sala biləydi.
Əbu Turxan 

Müdrik kəlamlar müdriklərə məxsusdur: xalqın içindən çıxan, xalqın adından danışan, xalqlaşan müdriklərə. Hikmətlərilə insanları heyrətləndirən, möcüzələr aləminə uğurlayan müdriklər! Dünya fikir tarixində qoyulmuş belə əbədi izlər sırasında Əbu Turxan hikmətinin əvəzsiz yeri vardır.

Əbu Turxanın hikmət dünyası: Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatındakitabı min illərdən gələn, “gen gündə gün kimi aydın olanhikmətləri səs-küydən rahatlıq tapmayan, ağız deyəni qulaq eşitməyən bu narahat dünyamızın yadına salır. Səlahəddin Xəlilov türk-islam dünyasının fikir xəzinəsi olan Əbu Turxan hikmətlərini zamanın dərinliyindən, ruhun sakitliyindən bugünümüzə ərməğan gətirir, nəsihətə, hikmətə ehtiyacı olan müasir dünyanın diqqətinə çatdırır.

Biz Əbu Turxanın tarixi şəxsiyyət kimi varlığı, yaşadığı dövr milli mənsubiyyəti məsələsinə qarışmadan, bu məsələdə Səlahəddin Xəlilova etibar edir fikrin məkanı zamanı olmurhikmətinə tabe oluruq. Əsas odur ki, Səlahəddin Xəlilov Əbu Turxan hikmətlərini Azərbaycan dilinin bütün zənginliyindən bəhrələnərək çox gözəl çatdırır, ruhən, mənən bu hikmətlərin müəllifinə çevrilir. Belə olmalıdır. Çünki Əbu Turxanın fəlsəfi ruhu XXI əsrin azərbaycanlı filosofuSəlahəddin Xəlilova doğmadır, onun ruhunun dilində danışır, onun kimi düşünür, onun qəlbinin bir parçasıdır. Bəlkə bu türk-islam fəlsəfə məktəbində bir varisliyin, kəsilməzliyin keçmişdən gələcəyə əbədi fikir köçünün körpüsünün bariz sübutu, əyani nümunəsidir. Necə deyərlər:

Ruhu ruhumdandı, dili dilimdən,

Sanki qonaq gəlib qədimliyimdən.

Səlahəddin Xəlilovun fəlsəfəyə yeni yanaşmasıƏbu Turxanın hikmət dünyasıkitabında geniş oxucu kütləsinə təqdim olunur. Əbu Turxanın hikmət dünyasına, onun aforizmlərinə səyahətdən başlayan müəllif yazır ki, aforizmlər hikmətlə doğmalaşan fəlsəfi təlimlərin təməlindən daha çox, nəticələri, xülasəsi kimi ortaya çıxır yaddaşlara həkk olunur. Yığcam aforizmlər geniş əhali təbəqəsinin yaddaşında yaşayır, kütləviləşir, dillər əzbəri olur. Yəqin bunun nəticəsidir ki, atalar sözləri, zərb-məsəllər, aforizmlər nəsildən-nəslə keçərək indiyədək yaşayır ötən əsrlərin ruhu bu aforizmlərin qanadlarında günümüzə gəlib çıxır. Gəlir bizi öz keçmişimizə, babalarımızın min illər ərzində ucaltdığı möhtəşəm fikir səltənətinə, ruhun seyrangahına dəvət edir. Ruhumuz nəsillərin təmasından yeni qida alır, özünə qayıdır, milli varlığımızın itməsi təhlükəsinin aradan qalxmasına xidmət edir.

Mən Səlahəddin Xəlilovu çoxdan tanıyıram: yaxşı bir alim, Universitet rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü bir həmkar kimi. Amma indi görürəm ki, əsl Səlahəddini mən tanımırammış. Bizlərdən biri saydığımız bu sadə insanın necə böyük bir hikmət potensialına malik olduğunu, Şərqin böyük mütəfəkkirlərinin, müdriklərin varisi olduğunu mən indi başa düşdüm. Sadəlikdə gizlənmiş bu dərinliyi adi gözlə görmək mümkün olmur. Bunu görə bilmək üçün gərək onunla hikmət dünyasına səyahətə çıxasan. Bu səyahətin bələdçisi isəƏbu Turxanın hikmət dünyasıdır.

Səlahəddin Xəlilov bu kitabında əsrlərin sınağından çıxmış həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçən müdrik fikirləri toplamışdır. Kitabın bir üstünlüyü odur ki, müəllif insan həyatının müxtəlif sahələrinə aid olan hər bir fəslə giriş mətni yazmış, mövzuları sadəcə aforizmlər vasitəsilə deyil, həm fəlsəfi təhlil səviyyəsində işıqlandırmışdır. Görünür məhz buna görədir ki, biz bu kitabı oxuyanda aforizmlərlə çağdaş fəlsəfi fikir arasında, Əbu Turxanla Səlahəddin Xəlilov arasında aparılan dialoqun, müzakirənin şahidi oluruq. Bu iki mütəfəkkirin müzakirəsi, söhbəti əsasında ötən əsrlərin hikmətlərinə müasir dünyanın reallıqlarında, həqiqətlərində baxılır. Şərqdə Qərbdə indiyədək bəlli olan fəlsəfi sistemlərin hamısından fərqli, hər iki təfəkkür üsulunu özündə ehtiva edən universal bir təlimin müəllifi kimi təqdim olunan Əbu Turxan yaradıcılığı Səlahəddin Xəlilovun kitabında yenidən canlanır müasirləşir, yeni nəslin ixtiyarına verilir.

Səlahəddin Xəlilov yazır ki, “hər hansı bir aforizm qədər gözəl olsa da, fikir kontekstindən ayrılmış, məcrasından çıxmış haldadır. Onun gözəlliyi ancaq dərilmiş bir qönçənin gözəlliyi ilə müqayisə oluna bilər. Bu qönçənin açması üçün onu suya qoyurlar. Fikir ancaq yenidən münbit mühitə qaytarıldıqda bəhrə verə bilər”. Müəllif Əbu Turxanın əsrlərin süzgəcindən keçib gələn fikirlərini başqa fikirlərlə ünsiyyətə qovuşdurur, canlandırır, yeni fikirlərin yaranmasına nail olur, fəlsəfə hikməti görüşdürür. Bəzən oxucu bu görüşdə zaman məkanı unudur. Əbu Turxan hikməti oxucunu özünə tanıdır, mənəviyyatına, düşüncəsinə ayna olur. Oxucu da Səlahəddin Xəlilov kimi Əbu Turxanla eyni bir zamanı məkanı bölüşür.

Dünyanın mənalandırılması”, “İnsan dünya”, “Dünyanın mənası həyatın mənası”, “İnsan”, “Mənəviyyat”, “Din, inam, iman s. başlıqlarda toplanan müdrik kəlamlar fəlsəfi şərhlərlə müşayiət olunur. Səlahəddin Xəlilov sanki ötən əsrlərin fəlsəfə dünyasının tərcümanı rolunda çıxış edir, dərk olunmuş hikmətifəlsəfəni oxucuya çox sadə, anlaşıqlı şəkildə təqdim edir. Müəllif qeyd edir ki, hər bir problemin açılışını insanın maraq dairəsinə qədər yaxınlaşdıra bilən fəlsəfə hikmətlə eyniləşir. Əbu Turxanın təlimində fəlsəfədən hikmətə, hikmətdən fəlsəfəyə keçid yollarının açıq olduğu üzə çıxır, bu iki təfəkkür səviyyəsinin əlaqə vəhdəti aşkarlanmış olur. İnsanın dünyasına səyahətedən Əbu Turxan fəlsəfəsi müasir filosofun şərhində daha işıqlı, daha aydın olur, sanki hikmət fəlsəfəsi özünün böyüklüyünü, hələ canlı olduğunu dərk edir. Özünüdərklə dünyanı dərk arasında körpü qurulur, insan öz daxili aləminə səyahətə çıxır. Səlahəddin Xəlilov yazır ki, insan özünü olduğu kimi dərk etməyə çalışsa da, bu elə asan məsələ deyil, çünki dünyasını göstərən ayna tapmaq çətindir, üstəlik özünü tanımaq heç hamıya sərf etmir.

Səlahəddin Xəlilov deyir: “İnsan özünü qapalı olduğu vaxtda, tənhalıqda, ayrılıqda deyil, ancaq dünya ilə münasibətdə dərk edə bilər. Dünya iki fərqli vəziyyətdə öyrənilir: insanın müdaxiləsi olmadan, obyektiv şəkildə; buelmin funksiyasıdır. Bir İnsanın, “Mənin iştirakı ilə yaşanan, yəni insanlaşmış, “mənləşmiş dünya, – bunu öyrənmək ədəbiyyatın, sənətin funksiyasıdır”.

Fəlsəfə hikmətin görüş məqamından aydın olur ki, Əbu Turxan fəlsəfi təlimimənanlayışının təhlilindən keçir. Əbu Turxan təlimiYer-göy, zaman-məkan”, “Tale-həyat, ölüm”, “Gözəllik, məhəbbət”, “Ailə, qadın, kişi”, “Dostluq”, “Tarix, cəmiyyət, şəxsiyyət”, “Dövlət, millət, vətən”, “İdeya, hikmət, fəlsəfə”, “Ziyalılıq, müdriklik, dahilik”, “Zəka, ağıl, hiss”, “Dil, nitq, söz”, “Ədəbiyyat incəsənət”, “Azadlıq, haqq, ədalət”, “Həqiqət bilik”, “Elm, təhsil, kitab”, “İş əməl”, “Güclü-zəif, aqil-cahil”, “Ruh bədən”, “Var-dövlətmövzularının hər birində fərqli məzmun formada üzə çıxır.

Kitabın ən mühüm xüsusiyyətlərindən biri hikmətli fəlsəfənin qısa, lakonik, eyni zamanda aydın təqdim olunmasıdır. Filosof Səlahəddin Xəlilov klassik Şərq fəlsəfəsi Şərq hikmətinin fikir yükünü müasir dövr insanının başa düşdüyü dildə təqdim edir, əsrlər arasında, düşüncə tərzində sərhəd götürülür. Müəllif folkloru, etnoqrafiyanı üslubda yaşadır, Azərbaycana məxsus qədim fəlsəfi fikir ənənəsini XXI əsrdə dünya fəlsəfə incisinə çevirməyə nail olur, dünyaya, elmə, fəlsəfəyə yeni yanaşma ortaya qoyur. Əsrlərdən gələn fəlsəfəni bugünkü həyatımızın gerçəkliyi prizmasından keçirərək müasir oxucunun başa düşdüyü anlayışlarla çatdırır: “Xaosun da görə bilmədiyimiz bir ahəngi var, daha doğrusu, Allah tək təbiətdə, insanlarda deyil, həm sonsuz kainatda, əbədiyyətdə, qaranlığın dərinliklərində təzahür edir. O hansı isə bir nizamın təzahüründə, xaosun artıq xaos olmadığı üzə çıxanda özünü biruzə vermiş olur”. Səlahəddin Xəlilov yazır: “Başqa sözlə desək, bizə qaranlıq kimi, qarışıqlıq kimi, yarımçıqlıq naqislik kimi görünənlərin bətnində bir işıq, bir xalislik, bütövlük, kamillik gizlənmiş ola bilər. Sadəcə onlar adi gözlə görünmür real həyatda asanlıqla üzə çıxmır. Daha dərin qatda gizlənmiş bu proqramın aşkarlanması üçün daha parlaq işıq lazımdır”. İnsanınxarici aləmi əqllə, daxili aləmi imanla işıqlanır”.

Səlahəddin Xəlilovun təqdimatındaƏbu Turxanın hikmət dünyası kitabıelə bir dəryaya bənzəyir ki, bura baş vuranda çıxmaq çətindir, bu kitab bir şüşə kimidir, – dünyanı oxucuya göstərir, bu kitab ayna kimidir, oxucunu özünə göstərir.

Mən bir tarixçi kimi Səlahəddin Xəlilovun bizə təqdim etdiyiƏbu Turxanın hikmət dünyasıkitabına hər dəfə diqqətlə nəzər saldıqda, burada fikirlərin qədimliyi ilə dilin doğmalığı müasirliyi arasında bir ülfət, ittifaq görürəm hər dəfə belə qənaətə gəlirəm ki, bu aforizmlər vaxt harada yazılmış olursa olsun, sanki bu gün yazılmışdır sanki içimizdəki qədimliyi üzə çıxarmağa xidmət edir. Lakin bugünkü adamın fikrin qədimliyinə dərinliyinə bu dərəcədə rahat səyahət etməsi məni heyrətləndirir. Məndən yaşda xeyli kiçik olan Səlahəddin Xəlilovun özü nəzərimdə qədimləşir mən onu neçə min illərin fikir tarixindən bizim zəmanəmizə təşrif gətirmiş elçi kimi görürəm. Onun bu əsəri milli ruhun canlı təcəssümü, fəlsəfi fikir potensialımızın baharı hikmət çələngidir.

 





20.12.2012    çap et  çap et