525.Az

Jurnalistlər üçün yaşayış binasının tikintisinə əlavə 5 milyon manat ayrılıb


 

Jurnalistlər üçün yaşayış binasının tikintisinə əlavə 5 milyon manat ayrılıb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





21.07.2015    çap et  çap et