525.Az

"Bakı-Supsa kəməri ətrafında baş verənlər Gürcüstanın siyasi məsələsidir"


 

"Bakı-Supsa kəməri ətrafında baş verənlər Gürcüstanın siyasi məsələsidir"<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı-Supsa boru kəməri ətrafında baş verən hadisələrə münasibət bildirib.

“APA-Economics”in xəbərinə görə, R. Abdullayev bildirib ki, Azərbaycanın bütün boru kəmərləri işlək vəziyyətdədir və bütün işlər öz qaydasında həyata keçirilir.
 
"Supsa kəmərinə gəldikdə, bu, Gürcüstanın siyasi məsələsidir. Biz siyasi məsələlərə qarışmırıq. Texniki cəhətdən bizim bütün kəmərlərimiz buna hazırdır".
 
Xatırladaq ki, Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze APA-nın Gürcüstan bürosuna bildirib ki, Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükə yaranarsa biz alternativ layihəmizi həyata keçirəcək.

Onun sözlərinə görə, Bakı-Supsa layihəsi ilə bağlı 2008-ci ildən etibarən problemlər yaşanır: "BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbiçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var".
 
Onun sözlərinə görə, Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər".
 
"Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir", - K. Kaladze bildirib.

 





22.07.2015    çap et  çap et