525.Az

"Bakıya dönən sərnişinlər baqaja görə 50 dollar ödəyəcək"


 

"Bakıya dönən sərnişinlər baqaja görə 50 dollar ödəyəcək"<b style="color:red"></b> "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) həyata keçirəcəyi lou-kost uçuşlar Moskva, İstanbul, Antalya və Dubaya istiqamətində olacaq".
 
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev deyib.
 
Onun sözlərinə görə, avqustun 7-dən başlayaraq Türkiyəyə bazar ertəsi, çərşənbə və cümə günləri aşağı büdcəli uçuşlar təşkil olunacaq.
 
"AZAL 2006-cı ildən Avrozonaya daxil edildiyindən, qiymətlər avro ilə hesablanır. Buna görə, lou-kost uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turoperatorları da avqustun 1-dən bu sistemdən istifadə edə biləcək", - deyə E. Hacıyev qeyd edib.
 
Onun sözlərinə görə, lou-kost uçuşlardan istifadə edən sərnişinlər yalnız əl yükü (5 kq - red.) götürə biləcəklər: "23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək. Məsələn, Türkiyədən Bakıya uçan sərnişinlər baqaj üçün 50 ABŞ dolları ödəyəcək".
 





22.07.2015    çap et  çap et