525.Az

Azərbaycan Qəbələ RLS-i ləğv edəcək


 

Azərbaycan Qəbələ RLS-i ləğv edəcək<b style="color:red"></b>

Azərbaycan Qəbələ RLS-i, ümumiyyətlə, ləğv etmək niyyətindədir.
 
Bu barədə Lent.az-a Azərbaycan Ordusunun adının çəkilməsini istəməyən yüksək rütbəli zabiti bildirib.

Qəbələ RLS-in, ümumiyyətlə, Azərbaycana lazım olmadığını deyən zabitin sözlərinə görə, Azərbaycana qarşı hansısa ölkədən ballistik raket hücumu gözlənilmir. Digər tərəfdən, köhnə texnologiyalar əsasında fəaliyyət göstərən bu stansiyanın saxlanılmasına böyük məbləğdə vəsait lazımdır. Üçüncü amil isə stansiyanın ekoloji mühitə vurduğu böyük zərərdir: «Bütün bunları əsas götürərək, böyük ehtimalla stansiyanın ləğv ediləcəyi gözlənilir. Lakin burada yeni kiçik bir stansiyanın inşa edilməsi, yaxud hərbi hissənin saxlanılması mümkündür».

 





20.12.2012    çap et  çap et