525.Az

Tanınmış jurnalist Məzahir Süleymanzadənin 60 illiyi qeyd edilib


 

Tanınmış jurnalist Məzahir Süleymanzadənin 60 illiyi qeyd edilib<b style="color:red"></b>

YUBİLEY TƏDBİRİNİ MƏTBUAT ŞURASI İLƏDİALOQ AVRASİYA PLATFORMUNUN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ BİRGƏ TƏŞKİL EDİB

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi qeyd olunub. Azərbaycan Mətbuat Şurası () Dialoq Avrasiya Platformunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yubilyarın həyat yaradıcılığı haqqında danışılıb. Bildirilib ki, M.Süleymanzadə 1952-ci il dekabrın 22- Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdəLeninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sportqəzetlərində, “Sovetski voinjurnalında çalışıb. “Kommunistqəzetində baş müxbir, məsul katib redaktor müavini vəzifələrini tutub.

1984-1994- illərdəQızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçininArazAli mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının qaranquşlarından sayılanSəhərqəzetini təsis edib. 2 milyon tirajla çıxan bu nəşr Azərbaycanın informasiya blokadası şəraitində olduğu vaxtlarda xarici KİV-lər üçün etibarlı mənbə rolunu oynayıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərib.

Elmi, pedaqoji fəaliyyətlə məşğul olan M.SüleymanzadəJurnalist ömrünün naxışları”, “İzim qalmasa da sözüm qalacaq”, “Səhər-güllələnmiş qəzet”, “Cıdır düzündə toykimi çoxsaylı kitabların müəllifidir. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı iləƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülüb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Əməkdar mədəniyyət işçisi, Bədən tərbiyəsi idman xadimi Məzahir Süleymanzadənin imzasının oxuculara ədəbi ictimaiyyətə yaxşı tanış olduğunu bildirib: “Məzahir müəllimin tərcümeyi-halına baxanda, sanki onun jurnalist kimi doğulduğunu düşünürsən. Onun XX əsrin sonlarında Azərbaycan tarixinin keşməkeşli anlarının dünyaya çatdırılmasında böyük xidmətləri olub. Xatırladaq ki, otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən jurnalistlərdəndir. Onun yaradıcılığında toxunduğu mövzular müxtəlifdir. Məzahir Süleymanzadə sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Onu Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmət sahibi edən isə uzun illər redaktor olduğuSəhərqəzetindəki fəaliyyəti olub. 20 Yanvar faciəsindən sonra yeganə olaraqSəhərqəzeti bütün qorxulardan, vahimələrdən, hər an ölümə tuş gələ biləcək məqamlardan sıyrılaraq Bakıda baş verənləri öz səhifələrində işıqlandıra bildi. MəhzSəhərgünümüzün qana boyandığını fotoşəkillərin, eləcə jurnalist yazılarının hesabına tarixə yazdı. Əslində o günlər qəzet çap etmək, həqiqəti olduğu kimi yazmaq çox çətin təhlükəli idi. Amma bu müşküllərin içində Məzahir Süleymanzadə kimi qeyrətli oğullar səhəri qanla örtülmüş Bakının vahiməli gecəsindən reportajlar hazırlayaraq xalqa çatdırdılar. Təkcə o dövrdəki fəaliyyətinə görə, Məzahir Süleymanzadəyə ömürlük bəs edəcək minnətdarlıq düşür”. Ə. Amaşov M. Süleymanzadəni dəyərli ictimai xadim publisist kimi dəyərləndirib: “İnformasiya blokadası şəraitində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olub. 20 Yanvar Xocalı faciələrinin dünyaya çatdırılmasında ayrı-ayrı informasiya agentliklərində yalnış məlumatlar dərc olunub. Lakin Məzahir Süleymanzadə hər iki faciə ilə bağlıSəhərqəzetində həqiqətlərin tam düzgün çatdırılması üçün geniş reportaj dərc etdirib.1000-dən artıq kiçik böyük həcmli Azərbaycan hərbçiləri ilə bağlı məqalələr yazan M. Süleymanzadə idman sahəsində böyük uğurlara nail olub. O həm ictimai xadim, həm dəyərli publisistdir”.

Dialoq Avrasiya Platformunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı Məzahir Süleymanzadənin jurnalistika sahəsində gördüyü işlərin qiymətləndirilməsini vacib sayıb: “Məzahir müəllimin gördüyü bütün işlərə görə onun mükafatlandırılmasını vacib saydıq”.

Qeyd edək ki, tədbirdə Məzahir Süleymanzadə Mətbuat Şurası Dialoq Avrasiya Platformunun birgə təsisçiliyi ilə hazırlananHəqiqətə xidmətlərinə görəmükafatı ilə təltif olunub. Bundan başqa, ölkədə fəaliyyət göstərən bir sıra hökumət qeyri-hökumət təşkilatları da yazıçı-jurnalisti öz mükafat diplomları ilə təltif ediblər.

Yubiley mərasimində AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu, “Neftçiklubunun vitse-prezidenti Tahir Süleymanov,  Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov, Mətbuat Şurasının İdarə Heyətinin üzvi Vüqar Rəhimzadə, “Olimpiya dünyasıqəzetinin baş redaktoru Murad Fərzəliyev,  Ədalətqəzetinin baş redaktoru İradə Tuncay, şair Hidayət Elvüsal digər qonaqlar M.Süleymanzadənin həyat yaradıcılığından söhbət açaraq onu istedadlı jurnalist, dəyərli publisist kimi xarakterizə edən cəhətlərdən danışıblar, mətbuatımızdakı rolunu qeyd ediblər.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

S.MÜRVƏTQIZI

 





20.12.2012    çap et  çap et