525.Az

Oqtay Əsədov: “Azərbaycan münaqişənin tezliklə həllinin tərəfdarıdır”


 

Oqtay Əsədov: “Azərbaycan münaqişənin tezliklə həllinin tərəfdarıdır”<b style="color:red"></b>

"Gələn il Azərbaycan və İndoneziya dövlət başçılarının qarşılıqlı səfərləri gözlənilir".

525.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusman ilə görüşdə bildirib.

Spiker qeyd edib ki, parlament nümayəndə heyətlərinin səfərləri iki ölkə arasında dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək.

“Bu gün Azərbaycanla İndoneziya arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Əgər 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 950 milyon dollar təşkil edirdisə, bu ilin 9 ayı ərzində ticarət dövriyyəsinin həcmi 1 400 milyon dolları keçib”, - o deyib.

Spiker qeyd edib ki, bu əməkdaşlıq əlaqələrinin hüquqi bazasının da genişləndirilməsi vacibdir.

O.Əsədovun sözlərinə görə, bu istiqamətdə artıq 5 hüquqi sənəd imzalanıb, ikisi isə imzalanmaq ərəfəsindədir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov bildirib ki, Ermənistan tərəfindən zorla münaqişəyə cəlb olunan Azərbaycan münaqişənin tezliklə müsbət və ədalətli həllinin tərəfdarıdır.

“Biz təcavüzə məruz qalsaq da münaqişənin dinc danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”, - o deyib.

İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusman da görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını ifadə edib və sözlərinə əlavə olaraq qeyd edib ki, bu iki ölkəni və xalqları birləşdirən xeyli oxşar cəhətlər var.  

“Hər iki ölkə iqtisadi cəhətdən inkişaf edən, demokratik, müsəlman ölkələridir”, - o qeyd edib.

O hesab edir ki, iki ölkə arasında uzun müddətdən bəri davam edən əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi vacibdir.

Kamil Həmzəoğlu

 





20.12.2012    çap et  çap et