525.Az

Azərbaycanda malyariyaya yoluxma səviyyəsi 75 faiz azalıb


 

Azərbaycanda malyariyaya yoluxma səviyyəsi 75 faiz azalıb<b style="color:red"></b>

2000-ci ildən başlayaraq görülən tədbirlər nəticəsində Azərbaycanda malyariyaya yoluxma səviyyəsi 75 faiz azalıb.

APA-nın məlumatına görə, bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının “Malyariya haqqında dünya üzrə hesabat - 2012” adlı sənədində öz əksini tapıb. ÜST Azərbaycanda malyariya ilə bağlı vəziyyəti “Ləğvetmə” mərhələsi kimi dəyərləndirib. Ölkədə 2011-ci ildə malyariyaya yoluxmaya dair 4 fakt qeydə alınıb. 200o-ci ildə bu rəqəm 150, 2002-ci ildə 60 fakt olub.
 
Hesabatda 99 ölkədə malyariyaya yoluxma səviyyəsinə dair vəziyyət əksini tapıb. ÜST-ün hesablamalarına görə, dünyada 2010-cu ildə malyariyaya yoluxmaya dair 219 milyon fakt qeydə alınıb, 660 min nəfər bu xəstəlikdən ölüb. Ölənlərin əksəriyyəti yaşı beşədək olan uşaqlardır.

 





20.12.2012    çap et  çap et