525.Az

Bakıda nazirlik avtomobili ağır qəzaya düşdü


 

Bakıda nazirlik avtomobili ağır qəzaya düşdü<b style="color:red"></b> Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Puşkin küçəsində 10 AS 445 nömrə nişanlı “Hyundai Sonata” ilə “Nissan Patfainder” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb, 2 nəfər xəsarət alıb.
 
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları ilkin araşdırmalar aparır.
 
Məlumata görə, qəzaya düşən “Hyundai Sonata” nazirliklərdən birinə məxsusdur.
 





20.12.2012    çap et  çap et