525.Az

"Müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə, pisləməliyik


 

"Müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə, pisləməliyik<b style="color:red"></b>

Millət vəkili başqa millətlərə və dinlərə qarşı haqsızlıqlar törədənlərə qarşı hər kəsi mübarizəyə səsləyib

“Dövlət səviyyəsində başqa millətlərə və dinlərə qarşı dözümsüzlüyün, nifrətin necə böyük ağır faciələrə, soyqırımılara səbəb olduğunu biz Ermənistanın torpaqlarımızı işğalı zamanı yaşamış bir xalq və dövlət olaraq dünyanın harasında və kimlərə qarşı törədilməsindən asılı olmayaraq hər kəsi bu cür hallara qarşı sərt mübarizəyə səsləyirik”.

525.az-ın məlumatına görə,
, bunu millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili bildirib ki, Avropa məkanında və ümumiyyətlə, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: “Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Doğrudur, bu istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, medianın, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük yük düşür.Məsələn, Avropa məkanını götürsək görərik ki, bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində də görə bilərik.Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır”.
Q.Paşayeva Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını, xüsusilə, gəncləri ciddi narahat etməli olduğunu deyib:“Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox bu istiqamətdə, dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Amma Avropada bəzi güclərin, siyasətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başlayıb”. Q.Paşayeva bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir:
“Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır.Məhəmməd Peyğəmbəri təhqir edən filmin çəkilərək nümayiş edilməsi, ifadə azadlığı adı altında Peyğəmbərimizin karikaturalarının çəkilməsi, Quranın yandırılması kimi hadisələr 1,5 milyarda yaxın müsəlmanların ülvi hisslərinə bir hörmətsizlikdir və hansı dinin mənsubu olmasından asılı olmayaraq hər kəs insanlığın və dünyanın gələcəyi naminə bu kimi hallara qarşı öz etirazını bildirməlidir.Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə, pisləməliyik.
Biz unutmamalıyıq ki, biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik. Ona görə də müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz onların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik”.
Q.Paşayeva Azərbaycan xalqının bu bəlalardan əziyyət çəkmiş bir xalq olduğunu deyib:
“Məhz bunun nəticəsidir ki Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, dinc azərbaycanlılara qarşı Xocalıda soyqırımını törətdi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq”.

Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.

O, həmçinin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun genişlənməsində ailələrin üzərinə düşən roldan danışıb:

“Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Bu isə ilk növbədə ailədə verilən tərbiyədən başlayır”.
Amma Avropada bəzi güclərin, siyasətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başladığını deyən millət vəkili bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini deyib.

Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyi deyib.

O, sosial medianın da mədəniyyətlərarası dialoqun genişlənməsində böyük rol oynaya biləcəyini deyib: Qloballaşan dünyada sosial media böyük bir gücdür. Onun yaxşı istifadə olunması toplumun inkişafına, pis istifadə olunması isə kütləvi qırğın silahı kimi topluma dəhşətli mənfi təsir göstərə bilər. Ona görə də gənclər sosial mediadan necə yararlana bilmələri üçün davamlı şəkildə bilgiləndirilməli, təhsillərini artırmalıdırlar”.

Kamil Həmzəoğlu

 





20.12.2012    çap et  çap et