525.Az

Gülər Əhmədovanın qəzeti də bağlandı


 

Gülər Əhmədovanın qəzeti də bağlandı<b style="color:red"></b>

Sabiq millət vəkili Gülər Əhmədovanın təsisçisi və baş redaktoru olduğu “Mərkəz” qəzetinin fəaliyyəti iki gündü dayandırılıb.
 
Bu barədə Modern.az-a “Mərkəz”qəzetinin redaktoru  Coşqun Calaloğlu məlumat verib. Redaktor  “Mərkəz” qəzetinin  fəaliyyətinin yenidən bərpa olunacağın gözlənildiyini deyib:

“Artıq qəzetimiz fəaliyyətini dayandırıb. Gülər Əhmədova səhhəti ilə əlaqədar olaraq qəzetlə maraqlana bilmirdi. Bu üzdən də qəzetin bütün yükü kollektivin üzərinə düşmüşdü. Gülər xanım “Mərkəz” qəzetində olmadıqda belə, dostumuz olaraq qalmaqdadır. “Məkəz” qəzetinin fəaliyyətinin dayandırmasına daha çox maliyə problemləri səbəb oldu. Buna baxmayaraq, qəzetin fəlaiyyətinin yenidən bərpa olunacağı gözlənilir”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin  sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı  yaydığı videoqalmaqaldan sonra, Gülər Əhmədova deputatlıqdan imtina etdi. Daha sonra isə sabiq  deputat Yeni Azərbaycan Partiyasından  (YAP) uzaqlaşdırıldı.

 





20.12.2012    çap et  çap et