525.Az

“Seltik” “Qarabağ”la oyunda 60 min azarkeş gözləyir


 

“Seltik” “Qarabağ”la oyunda 60 min azarkeş gözləyir<b style="color:red"></b>

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Seltik” azarkeşlərinə müraciət edib.

Qol.Az-ın xəbərinə görə, klubun rəsmi saytı vasitə ilə ünvanlanan müraciətdə qeyd olunub ki, onlar üçün Ağdam təmsilçisi ilə matç bu mövsümün ilk ciddi qarşılaşmasıdır.

Şotlandiya klubu “Qarabağ”la ilk oyunda azarkeşlərinin “Seltik Park” arenasını dolduracağına inamını ifadə edib.
 
Komandanın baş məşqçisi Roni Deyla da azarkeşlərdən dəstək istəyib. “Qarabağ”la oyunda bizi 60 min azarkeşin dəstəkləyəcəyini, başqa sözlə, onların stadionu dolduracağını gözləyirik” – deyə R.Deyla bildirib.

Klubun saytı azarkeşlərini bilet almağa çağırıb.

Qeyd edək ki, “Seltik”lə “Qarabağ” arasında ilk oyun iyulun 29-da Şotlandiyada keçiriləcək. Oyuna böyüklər üçün bir biletin  ən ucuz qiyməti 20 funt-sterlinq (bugünkü məzənnə ilə 32 manat 50 qəpik) təşkil edir.

 





27.07.2015    çap et  çap et