525.Az

İş saatı dəyişdirilə bilər


 

İş saatı dəyişdirilə bilər<b style="color:red"></b>

Azərbaycanda iş saatı dəyişdirilə bilər.

525.az "qafqazinfo"ya isitnadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Abid Şərifov ANS-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır:

"Əksəriyyəti 9-da, ya da 9-un yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir.
 
Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyati qurumlarımızdan xahiş, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə saat 8-in yarısından səkkizəcən başlamalıdırlar. Dövlət sektoru - 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır".

 





27.07.2015    çap et  çap et