525.Az

Türkiyə PKK düşərgələrinə hava zərbələrini davam etdirir


 

Türkiyə PKK düşərgələrinə hava zərbələrini davam etdirir<b style="color:red"></b>

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirməkdə davam edir.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə, dünən axşam saatlarında Diyarbəkrdən havaya qalxan pilotsuz təyyarələr sərhəddə yerləşən Hakurk bölgəsini bombalayıb. Həmin ərazidə PKK-nın logistik bazaları yerləşir.
 
Bundan başqa, Metina və Haftanin əraziləri də havadan atəşə tutulub. Həmçinin, terrorçuların ölkə daxilindəki mövqelərinə də zərbələr endirilib.
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri artıq 4 gündür, PKK və "İŞİD" terror təşkilatlarına qarşı əməliyyatlar keçirir.

 





27.07.2015    çap et  çap et