525.Az

"DÇ-2018"in oyunlarını səbirsizliklə gözləyirəm"


 

"DÇ-2018"in oyunlarını səbirsizliklə gözləyirəm" <b style="color:red"></b>

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki yığmamızın "DÇ-2018"in seçmə mərhələsində yer aldığı qrupu dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında yığmamızın çətin qrupa düşdüyünü bildirib:

"Çətin qrupa düşdük. Ancaq rəqibləri bəyəndim. Seçmə mərhələnin oyunlarını səbirsizliklə gözləyirəm. Son dünya çempionu Almaniyaya qarşı oynamaq maraqlı olacaq. Çexiya hər zaman güclü komandadır. Norveç isə bizə tanışdır".

Qeyd edək ki, "DÇ-2018"nin seçmə mərhələsinin C qrupunda yer alan yığmamız Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə mübarizə aparacaq.

 





27.07.2015    çap et  çap et