525.Az

Müəllimlər İnstitutunun Mingəçevir filialının aqibəti necə olacaq?


 

Müəllimlər İnstitutunun Mingəçevir filialının aqibəti necə olacaq?<b style="color:red"></b> “Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilən Mingəçevir filialı Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq Mingəçevir Dövlət Universitetinə birləşdiriləcək. Bu, birmənalıdır”.
 
Bunu APA-ya Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. Sektor müdiri bildirib ki, fəaliyyəti dayandırılmış Salyan filialının isə Lənkəran Dövlət Universitetinə birləşdirilməsi gündəmdədir:

“Salyan filialının taleyi hələlik həll olunmamış qalır. Lənkəran Dövlət Universitetinin istehsalat texniki imkanları bütövlükdə o tələbələrin hamısını götürməyə bir o qədər qabil deyil.

Ona görə əsas hissə Lənkəran Dövlət Universitetinə, bir hissə Cəlilabad filialına, yerdə qalan hissəsi isə tələbələrin istəklərinə uyğun olaraq onlara yaxın filiallara köçürüləcək. Amma Bakı olmamaq şərti ilə. Ola bilər tələbə tutaq ki, Şamaxıya yaxın yaşayır və o, Şamaxı filialına köçmək istəyir. Təbii ki, bu istək də nəzərə alınacaq”.
 
Qeyd edək ki, iyulun 24-də prezident İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilməsi barədə sərəncam imzalayıb.
 





27.07.2015    çap et  çap et