525.Az

Messini "topa tutdular"


 

Messini "topa tutdular"<b style="color:red"></b> Hazırda dünyanın ən güclü iki futbolçusundan biri sayılan argentinalı ulduz Leonel Messi Qabona səfər edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu Afrika ölkəsində prezidentlərə tətbiq olunan protokola əsasən qarşılanıb. Onu hətta Qabonun prezindetinin özü hava limanında qarşılayıb.

Qeyd edək ki, Messi bir neçə il bundan əvvəl ilk təməlini atdığı stadionun açılışı üçün Qabona səfər edib. Lakin Qabon müxalifəti prezident səviyyəsində qarşılanan ulduz futbolçuya ciddi etiraz edib.

Buna səbəb isə rəsmi protokola uyğun qarşılanan Messinin qısa köynək və şortik geyinməsi olub. Qabon siyasətçiləri etirazlarını bu cür bildirib:

“Bilmirik, Argentinada Qabona nə deyirlər. Amma bura heyvanat parkı deyil”.
 





28.07.2015    çap et  çap et