525.Az

Türkiyənin şərqində qaz borusu partladılıb


 

Türkiyənin şərqində qaz borusu partladılıb<b style="color:red"></b>

Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb.

APA-nın məlumatına görə, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin bəyanatında   partlayışın İran-Türkiyə qaz borusunda törədildiyi bildirilir.  
 
“Ağrı əyalətində İran-Türkiyə magistral qaz borusu xəttinin 15 km-də partlayış törədilib. Nəticədə baş verən yanğın qısa zamanda söndürülüb. Qaz borusu təmir edildikdən sonra qazın Türkiyəyə verilişi bərpa olunacaq”, deyə  nazir Taner Yıldızın bəyanatında bildirilir.

 





28.07.2015    çap et  çap et