525.Az

Rusiya narazıdır


 

Rusiya narazıdır<b style="color:red"></b> Rusiya BMT Təhlükəsizlik Şurasında  Ukraynada Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar tribunalın keçirilməsini nəzərdə tutan qətnamə layihəsinin əleyhinə səs verəcək.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib. 
 
“Biz əleyhinə səs verəcəyik, və mənim bunda heç bir şübhəm yoxdur. Əgər qətnamə 9 və daha çox səs toplayacaqsa – bu veto olacaq. Təəssüflər oldun ki, 9 səsin verilməsinə böyük ehtimal var”, deyə Çurkin bildirib.  
 
Çurkin Malayziya tərəfindən təqdim edilən qətnamə layihəsinin səsverməyə çıxarılmayacağına ümid etdiyini bildirib.
 
Qeyd edək ki qətnamənin səsverməyə çıxarılması iyulun 29-na planlaşdırılıb.
 





28.07.2015    çap et  çap et