525.Az

Bakı milyonçusunun bağındakı quyunun sirri


 

Bakı milyonçusunun bağındakı quyunun sirri<b style="color:red"></b>

O, 1920-ci ildə Qızıl Ordu əsgərinin, qapını sındırıb onun evinə girməsini özünə təhqir hesab edərək, əvvəl əsgəri, sonra da özünü güllə ilə vurur.
 
Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər. Zirzəmidə gizlənən həyat yoldaşı Liza xanım isə İstanbula, oradan da Berlinə köçür və ömrünün axırına qədər haqq-ədalətin öz yerini tapacağına inanır. Söhbət Xalq Cumhuriyyəti devriləndən sonra əmlakı müsadirə olunan Murtuza Muxtarovdan gedir.
...Quyuya enirik.Bu, tarixin dibinə enmək kimi həyəcanvericibir hiss idi. Yuxarıdan aşağı düşdükcə, sankio başından zəif işıq görünən tunelə daxil olursan. Hara gedəcəyini bilsən də, gedib qayıtmaq şansının olub-olmaması sual altındadı. Qarşıda səni gözləyən rütubətdən çürümüş dəmir pilləkənlər, mamır basmış divarlar,su quyusunun üstündəki çatlamış beton örtük də elə tarix qədər sirli, etibarsız idi-bəlkə də hər şey görünən kimi deyildi, hər an nəsə dəyişə bilərdi.

Mən Bakı milyonçusu Murtuza Muxtarovun Mərdəkandakı bağının darvazasından içəri girib nəzarətçiyə özümü təqdim etdim, bu məşhur bağ haqqında məlumat almaq üçün bələdçi istədim. Nahar fasiləsi olduğundan, gözləməli olduq. Nəhayət, burada tərcüməçi işləyən bir nəfər bizi müşayiət edəcəyini bildirdi.

Söhbətə başlar-başlamaz,bağdakı ağaclar, bitkilər barədəbildiklərini danışdı. Hiss olunurdu ki, məlumatı səthi idi. Bunu görməzlikdən gəlib, məkanın yalnız tarixi iləmaraqlandığımı söylədim. Hansı ağacın hansı xəstəliyə faydası olduğundan, hansı bitkinin haradan gətirildiyindən danışsaq,  gərək bir kitab yazam. “Bələdçi”min bağın tarixi ilə bağlı məlumatlarının da kifayət qədər olmadığını görüncə, sadəcə, lazım olan yerləri göstərməsini istədim...

Çoxları üçün sirr deyil ki, 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuş bu ərazi indi Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutudur. 1870-ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan Muxtarov, 1895-ci ildə metal ştanqlarla qazma dəzgahını qurur və bu ona “Bakı qazma” sistemi adını verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Uzun əziyyət və çətinlikdən sonra sahibkara çevrilən M. Muxtarov şəxsi qazma kontorunu açır. Bir müddət sonra icad etdiyi taxtayonan dəzgah isə, hal-hazırda Sankt-Peterburqda,“Dağ-mədən” İnstitutunda saxlanılır. Vladiqafqazda və Əmircan kəndində məscid, Pirallahı yaxınlığında Mayak, məktəb və Bakı Şəhər İcra Hakimiyyətinin binalarını, Səadət Sarayını tikdirən Murtuza Muxtarov Mərdəkandakı bu bağ evini xanımı Liza ilə İtaliyanın Venesiya şəhərini gəzəndən sonra inşa etdirir. Cəmi bir ilə tikilən bina, 1925-cı ildə dövlət mülkiyyətinə keçir və müxtəlif vaxtlarda müxtəlif təşkilatların tərkibində olur.

Ümumi sahəsi 24 hektar olan və Xəzər dənizinin təqribən 3,2 kilometrliyində yerləşən bağın hovuzunun dərinliyi üç metrdən artıqdır. Hovuzun suyundan bağdakı ağaclarınsuvarılmasında istifadə olunur. Ağacların vətənindən, bitkilərin faydasından danışan bələdçi, Eldar şamlarının dəyərli olduğunu xüsusi vurğuladı. Dediyinə görə, vərəm sanatoriyalarında ən çox əkilən ağac Eldar şamıdır.

Mənim isə diqqətimi M.Muxtarovun evinin qarşısındakı Ginkobiloba ağacı çəkdi. Bubitkidən alzqeymer xəstəliyinin müalicəsində istifadə edilir.

Torpaq qatı əkin üçün yararsız olduğundan,M.Muxtarov bağa gəmi və arabalar vasitəsilə Lənkərandan torpaq gətizdirməyə qərar verir. Yeri gəlmişkən, “Arşın mal alan”, “Qorxma, mən səninləyəm”, “Başsız atlı”, “Vəziri-xani Lənkəran” filmlərinin müəyyən kadrları da bu bağ evində çəkilib.

Burada vaxtilə böyük zəhməti olmuş botanik-alim, akademik İ.N.Vavilovun da muzeyinin olduğunu öyrəndim.

Sergey Yeseninin ev-muzeyinin qapısı bağlı idi, bunun səbəbini təmirə bağlanması ilə əlaqələndirdilər. İrana getmək arzusunda olan rus şairi SergeyYesenin yanlış olaraq 1924-cü ildə Bakıya gəlir və bir il burada yaşayır. Elə bu səbəbdən də, bağda, bir neçə əsərini Bakıda yazıb-yaratmış şairin həyat və yaradıcılığına həsr olunmuş xatirə-ev muzeyi yaradılıb. Bağın mərkəzində qoyulmuş iri dəmir lövhədə Yeseninin “Fars motivləri”, “Balaxanı mayı” və “Əlvida, Bakı” əsərlərini burada yazdığı qeyd olunub.

Bələdçi sözarası M.Muxtarovun ev-muzeyinin olduğunu demişdi. Amma bina ilə tanış olanda gördük ki, kitabxananınkı və AMEA-nın konfarans zalınınkı da daxil olmaqla bütün qapılar bağlıdı. Sonradan öyrəndik ki, milyonçunun ev-muzeyi, ümumiyyətlə, yoxdur.Belə ki, 90-cı illərin əvvəllərinədə kfəaliyyət göstərmiş, milyonçuya aid şəxsi əşyalarla zəngin olan ev-muzey naməlum səbəblərdən yanıb.

Otuz metr dərinliyi olan su quyusunun isə nə vaxt qazıldığı məlum deyil. Vaxtilə birdəfəyə otuza qədər turistin düşə biləcəyi quyunun yüz on pilləkəni var.İndi təhlükəli vəziyyətdə olduğundan, qapısı bağlı idi. Bələdçi açarı, bizim, sadəcə, yuxarıdan çəkiliş etmək istədiyimizi düşündüyünə görə, gətirdi. Qapını özüm açdım. Onun:- “Xəbərdarlıq edirəm, aşağı düşmək təhlükəlidir,”- deməsi, quyunun ecazkarlığını artırırdı. Başımıza gələcək kiçik macəra quyunun tarixini zənginləşdirməsə də, quyu özümüzə inamın, qorxunu yenməyin, bir növ,  rəmzi oldu. 

Bələdçi açıq şəkildə aşağı enməyimizə qarşı idi. Aşağıyasarı boylanmağımdan anladı ki, quyunun dibinə təkbaşına düşməkdə israrlıyam. Yuxarıdan görünən mənzərə qorxulu yuxulara bənzəyirdi. Öndə bələdçi, arxasınca mən, daha sonra fotoqraf qız quyunun dibinə yollandıq. Elə iki-üç pillə düşmüşdük ki, temperaturun kəskin dəyişdiyini, sərinlik gəldiyini hiss elədik. Amma qorxuya üstün gəlmək istəyi hər şeydən güclü idi. Bir də, nəm divarların üzərini örtən bitkilər torpağın altında səyahət edirmişsən kimi gəlirdi adama. Bir sözlə, indiki vəziyyətində bu quyuya düşmək heç məsləhət deyil... Quyudan çıxdıq.

Buranın bağbanları və 90-cı illərdə quyunun restavrasiya işlərində yaxından iştirak etmiş yaşlı işciləriilə görüşdük. Aralarındakı ən yaşlı adam dedi ki, quyunun dibindəki yeraltı keçid vaxtilə üç istiqamətə aparırmış. Onlardan birinin Mərdəkan qalasına, digərinin dəniz istiqamətinə, üçüncüsünün isə Şüvəlana çıxışı varmış. Bu yollardan təhlükə zamanı, əsasən,  gizli yollar kimi istifadə olunubmuş.O, şaxtaçılarla birlikdə həmin yolla dənizə çıxdığını da dedi. Bu zəhmətkeş, qorxmaz adamlardan hansının bizimlə quyunun dibinə qədər düşə biləcəyini soruşanda, heç birinin səsi çıxmadı. Ağsaqqal:- “İndi nəinki pilləkənlər təhlükəlidi, hətta quyunun üstündəki beton örtük də çatlayıb. Qırılıb suya düşsə, ordan adam çıxartmaq çətin olar,” - dedi. Elə bu vaxt işçilərdən biri: - “Nə olar, olar”- deyib, ətrafda yaranan qorxulu auranı sındırdı və yenidən quyunun qapısını açdı. Fotoqrafı düşməyə qoymadım və tapşırdım ki, məni yuxarıdan çağırmasın. Beləcə, haradan yapışacağımı götür-qoy edə-edə, nəhayət,yerin ən soyuq, nəmli yerinə qədər endik. Çatlamış betona ayaq qoymaq köhnəlmiş pilləkənlərlə düşməkdən heç də təhlükəsiz deyildi. Bir-iki şəkil çəkib, yeraltı keçidə tərəf yeridim. İçimdəki “bir dəli şeytan” yeraltı keçidə düşən pilləkənlərə ayaq qoyub içəri boylanmağımı istədi. Amma -“lənət şeytana” - deyib, geri qayıtdım. Bu fədakarlıq isə heç kimə lazım deyildi, nə mənə, nə də tarixə.

"Aydın yol" qəzeti

 





28.07.2015    çap et  çap et