525.Az

"Müharibə "Qarabağ"a da təsir edib"


 

"Müharibə "Qarabağ"a da təsir edib" <b style="color:red"></b>

"Çoxları Azərbaycan çempionatını tanımır. Ancaq mən şan-şöhrət axtarmıram. Sadəcə, ailəmə kömək etməyə çalışıram. Azərbaycan Premyer Liqası güclü olmaya bilər, amma maliyyə durumu yaxşı vəziyyətdədir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda məşhur ESPN-ə açıqlamasında deyib.

"Azərbaycan gözəl ölkədir, paytaxt Bakı bir növ Dubayı xatırladır. Kluba böyük maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu və çox yaxşı məşq meydançası var" - deyə Almeyda bildirib.

"Qarabağ"ın ev oyunlarını təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda keçirməsinə də münasibət bildirən braziliyalı futbolçu deyib: "Müharibə "Qarabağ"a da təsir edib. Bu barədə mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə ermənilər Azərbaycana gəlir, nə biz ora gedə bilirik. Müharibə hər zaman ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birinə nifrət edir".

"Rusiyanın bu ölkəyə təsiri böyükdür. Lakin Azərbaycanda müsəlmanlar çoxluq təşkil edirlər. Ümumiyyətlə, qadınlar nadir hallarda evdən çölə tək çıxırlar. Onları hər zaman yaxınları müşayiət edir. Ailəm, həyat yoldaşım buranı çox sevir. Əlbəttə, mənim arzum daha güclü çempionatlarda oynamaqdır. Ancaq bu baş verməsə, "Qarabağ"da qalmaq istəyirəm" - deyə Almeyda əlavə edib.

 





28.07.2015    çap et  çap et