525.Az

"Həyəcan siqnalı" başa çatdı


 

TƏLİMLƏRİN SONUNDA JURNALİSTLƏR ÜÇÜN "HƏYƏCAN GÜNÜ" ELAN EDİLİB

"Həyəcan siqnalı" başa çatdı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Həyəcan siqnalı" layihəsi başa çatıb.

Tədbir 3 gün olmaqla, iyulun 24-dən - 26-sına kimi davam edib.

Layihənin rəhbəri Türkan Nadirqızı qeyd edib ki, məqsəd gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarını artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir.

Layihənin ikinci günündə iştirakçılar üçün növbəti təlimlər keçirilib.

Müdafiə Nazirliyinin nümayəndəsi, ehtiyatda olan zabit Rəşid Hüseynov jurnalistlərə "Müharibə Jurnalistikasının qaydaları" haqqında təlim keçib. Daha sonra isə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" haqqında təlim keçərək, jurnalistlərin suallarını cavablandırıb.

Jurnalist Ekspert Mərkəzinin İdarə Heyətinin sədri Nicat Dağlar tərəfindən "Hərbi informasiya nədir", "Hərbi jurnalistikanın Azərbaycanda tarixi" və s. kimi mövzularda təlim keçirilib və maraqlı diskussiya aparılıb. "Diqqət, düşmən mətbuatıdır!" layihəsinin rəhbəri olan N.Dağlar jurnalistlərə söz azadlığı və hərbi jurnalistika haqqında danışıb.

Daha sonra isə ehtiyatda olan mayor, "ANS"in "Marş" hərbi vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qərib gənc jurnalistlərə hərbi informasiyanın düzgün verilmə qaydası haqqında təlim keçdi. R.Qərib bəzi saytların yaydığı yalan məlumatlar, bunun jurnalist etikasına zidd olması və hərbi jurnalistikada düzgün informasiya verilməsi probleminə də toxunub. 

Təlimlərin sonunda jurnalistlər üçün "Həyəcan günü" elan edilib. Müəyyən edilən müddət ərzində jurnalistlər onlara verilən hərbi informasiyaya qarşı münasibətlərini yazılı formada bildirərək, verilən tapşırığı yerinə yetiriblər.

Ceyhun ABASOV

 





28.07.2015    çap et  çap et