525.Az

Türkiyədə PKK-çıların yaraladığı hərbçi ölüb - Yenilənib


 

Türkiyədə PKK-çıların yaraladığı hərbçi ölüb - <b style="color:red">Yenilənib</b>

Bu gün Türkiyənin Hakkari bölgəsində silahlı hücuma məruz qalan və ağır vəziyyətdə xəstəxanaya çatdırılan Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ziya Sarpkaya xəstəxanada dünyasını dəyişib.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, başından güllə yarası alan hərbçini yerli sakinlər Hakkari Dövlət Xəstəxanasına çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı hadisənin terrorçular tərəfindən törədildiyini bəyan edib.
 
 
*** 14:52

Türkiyənin Hakkari bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ziya Sarpkaya silahlı hücum nəticəsində ağır yaralanıb.
 
APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyə vaxtı ilə 11:30 radələrində bank binasının qarşısında baş verib. 
 
Mülki geyimdə olan hərbçilyə terrorçuların atəş açdığı bildirilir. Vəziyyəti ağır olan Z. Sarpkaya dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit ağır olaraq qalır.
 
Türkiyə hüquq-mühafizə orqanları terrorçuları tapmaq üçün xüsusi əməliyyata başlayıb.

 





28.07.2015    çap et  çap et