525.Az

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər


 

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər<b style="color:red"></b> İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Elşad Həmidov və Cəlal Salayevlə birlikdə Şamaxı, İsmayıllı, Göyçay və Ağsu Rayon Polis Şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib.
 
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinqin keçirilməsində məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəraiti, nəzarətçilər tərəfindən onlara qarşı münasibət, habelə isti aylarda kameraların vəziyyətini öyrənmək olub:
 
”Monitorinq aparılan yerlərdə həm inzibati qaydada saxlanılan, həm də cinayət törədənlər var idi. Həbs olunanların əksəriyyəti Cinayət Məcəlləsinin 234 (narkotik vasitələrinin qanunsuz dövriyyəsi), 177 (oğurluq) və 178 (dələduzluq) maddələri ilə təqsirləndirilir”.
 
E. Behbudov monitorinq zamanı xırda nöqsanlar olsa da, işgəncə və qeyri-insani rəftara məruz qalma faktı ilə bağlı müraciət edənlərin olmadığını bildirib: “Xırda nöqsanları rayon polis şöbələri rəislərinin diqqətinə çatdırdım və həmin problemlər aradan qalxır”.
 





28.07.2015    çap et  çap et