525.Az

“21 dekabr günü” ilə bağlı məktəblərdə davamiyyət aşağı düşüb


 

“21 dekabr günü” ilə bağlı məktəblərdə davamiyyət aşağı düşüb<b style="color:red"></b>

 “21 dekabr” – “Qiyamət günü” ilə əlaqədar Azərbaycanın bəzi məktəblərində davamiyyətin aşağı düşməsi halı müşahidə olunub.

Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə deyib. O bildirib ki, Təhsil Nazirliyi tərəfindən məktəblərdə vəziyyətin və davamiyyətin necə olması ilə bağlı müvafiq araşdırmalar aparılıb. İlkin məlumata görə, bu günlə bağlı bəzi məktəblərdə davamiyyət aşağı düşüb: “Təhsil Nazirliyinin əvvəldən təlimatı olub ki, bu gün heç bir əsası olmayan şayiələrə inanmasınlar və hər bir valideyn öz övladını dərsə göndərsin. Məktəblərdə müəllimlərin hər biri işdə olub, təlim prosesinin pozulmaması üçün bütün işlər görülüb. Hazırda məktəblərdə tədris normal şəraitdə davam etdirilir. Amma hansısa valideyn tərəfindən uşaqlar məktəbə göndərilməyibsə, bu hallar da araşdırılacaq”.
 
Təhsil Nazirliyinin şöbə müdiri bəzi məktəb müəllimlərinin bu günlə əlaqədar valideynlərə müraciət edərək uşaqlarının məktəbə göndərməməsi barədə tapşırığına da  münasibət bildirib: “Ola bilsin ki, bu məsələdə hansısa müəllim zəiflik edib. Bu gün ölkədə 170 min müəllim fəaliyyət göstərir. Onların 1-2-si təşvişə düşərək belə fikirlər səsləndiribsə, bunu bütün müəllimlərə şamil etmək olmaz. Amma bir daha Təhsil Nazirliyi olaraq bəyan edirik ki, bu hal nəinki Azərbaycan, bütün dünyanı bürümüş şayiədir. Bu yalanlara uymadan hər kəs uşağını məktəblərə göndərməlidir ki, ölkədə tədris-təlim prosesi normal şəkildə davam etdirilsin”.

 





21.12.2012    çap et  çap et