525.Az

PKK Türkiyədə iki körpünü partladıb


 

PKK Türkiyədə iki körpünü partladıb<b style="color:red"></b> Türkiyədə, Muş-Kulp yolu üzərindəki iki körpü PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb.
 
APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə hüquq-mühafizə orqanları hadisə ilə bağlı xüsusi əməliyyata başlayıb.
 
İlkin məlumata görə, terrorçular ərazidən uzaqlaşmağa nail olublar.
 
 Polis hazırda insanların partlayış baş verən əraziyə yaxınlaşmasının qarşısını alır, sürücülərə başqa yolla getmələri tövsiyə olunur.
 





28.07.2015    çap et  çap et