525.Az

Türkiyədə jandarma rəisinin ölümündə şübhəli bilinən 14 nəfər saxlanılıb


 

Türkiyədə jandarma rəisinin ölümündə şübhəli bilinən 14 nəfər saxlanılıb<b style="color:red"></b>

Türkiyənin Muş vilayətinin Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksızın qətlində şübhəli bilinən 10 nəfər saxlanılıb.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, şahidlərin verdiyi ifadələr əsasında Malazgirtdə daha 4 nəfər şübhəli polis idarəsinə aparılıb.
 
Malazgirtdə PKK tərəfindən öldürülən mayor A. Kulaksızın qatillərini tapmaq üçün silsilə əməliyyatlar keçirilir.
 
Qeyd edək ki, mayor A. Kulaksız və həyat yoldaşı Sibel Kulaksızın olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız həyatını itirib. Qolundan yaralanan S. Kulaksız isə müalicəsini davam etdirir.
 
Hadisə il bağlı araşdırma davam edir.

 





28.07.2015    çap et  çap et