525.Az

“Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik”


 

“Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik”<b style="color:red"></b>

NATO-nun Brüsseldə fövqəladə iclası başlayıb.

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriyada və İraqda müvafiq olaraq İŞİD və PKK terrorçularına qarşı apardığı əməliyyatlarla bağlı çağırılan iclasda çıxış edən NATO-nun baş katibi Cens Stoltenberq terrora qarşı mübarizədə Türkiyə ilə həmrəy olduqlarını bildirib.
 
C. Stoltenberq bildirib ki, prosesləri yaxından izləyirlər. O, Türkiyədə törədilən terror aktlarını pisləyib: “NATO hadisələri çox yaxından izləyir. Müttəfiqimiz Türkiyə ilə terrora qarşı mübarizədə həmfikirik”.
 
Qeyd edək ki, fövqəladə iclas Türkiyənin müttəfiqlərini məlumatlandırmaq üçün çağırılıb. İndiyə olan məlumata görə Türkiyə NATO-dan hər hansı bir hərbi yardım tələb etməyib.

 





28.07.2015    çap et  çap et