525.Az

Ruhani və Moqerini bir arada


 

Ruhani və Moqerini bir arada<b style="color:red"></b>

İyulun 28-də Tehranda İran prezidenti Həsən Ruhani və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini arasında görüş keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Həsən Ruhani administrasiyasının sözçüsü Məhəmməd Baqir Noubəxt məlumat verib.
 
“Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Danışıqların əsas mövzusunu İranın nüvə proqramı ilə bağlı razılaşma və İranla Avropa arasında əməkdaşlığın genişləndirilməsi məsələləri təşkil edib. Görüşdə həmçinin regional məsələlərə toxunulub. İraq, Suriya və Yəməndəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb”, deyə Noubəxt bildirib.
 
Onun sözlərinə görə, F.Moqerinin Tehrana səfəri İranla dünya birliyi arasında xoş münasibətlərin qaytarılmasına yönələn ilk addımlardan biridir.
 
Qeyd edək ki, Aİ diplomatiyasının rəhbəri iyulun 28-də Tehranda  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran F. Moqerini bildirib ki, nüvə proqramına dair razılaşmanın yerinə yetirilməsi İrana Qərb dövlətləri ilə yeni əməkdaşlıq yolları açacaq.

 





29.07.2015    çap et  çap et