525.Az

Jurnalistə əl qaldıran baş məşqçi işdən qovuldu


 

Jurnalistə əl qaldıran baş məşqçi işdən qovuldu<b style="color:red"></b>

Meksika millisinə CONCACAF kubokunu qazandıran baş məşqçi Miqel Errera vəzifəsindən uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristian Martinoliyə əl qaldırması olub.
 
Meksika Futbol Federasiyasının baş katibi Desio de Mariya açıqlamasında buna belə şərh verib:
 
“Karyerası ərzində yığma komanda ilə uğurlar əldə etməsinə baxmayaraq baş məşqçi ilə yolları ayırdıq.  Onun jurnalistə əl qaldırması yol verilməz idi. M. Errera başa düşməli idi ki, jurnalist istənilən halda haqlıdır. Əgər idman yazarı komandanı tənqid edirsə, deməli nəsə problem var. Baxmayaraq ki, Meksika yığması ABŞ-da kubok qazanıb.

Jurnalistə əl qaldıran və onu hədələyən mütəxəssisin yığma komandaya başçılıq etməsi ədalətsizlik olardı. Miqel Errera bağışlanmaz səhvə yol verib və buna görə də vəzifəsindən azad olunub”

 





29.07.2015    çap et  çap et