525.Az

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib


 

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib<b style="color:red"></b>

Ötən gün Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
 
Bundan başqa, Suraxanı (“Hövsan” sularda xilasetmə postunun ərazisində), Səbail (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində), Xəzər (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində), Sabunçu (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılıb.

 





29.07.2015    çap et  çap et