525.Az

Rostovda azərbaycanlı azərbaycanlını güllələyib


 

Rostovda azərbaycanlı azərbaycanlını güllələyib<b style="color:red"></b>

Rostovda 25 yaşlı Azərbaycan vətəndaşı silahlı hücuma məruz qalıb.

APA-nın Rusiya Təhqiqat Komitəsinin Rostov vilayət şöbəsinə istinadən yaydığı məlumata görə, iki nəfər naməlum şəxs soydaşımıza atəş açaraq sol çiyin nahiyəsindən yaralayıblar. Azərbaycanlı ona hücum edənlərə müqavimət göstərib olub və onlardan birini saxlayıb. Digər silahlı içə qaçmağa müvəffəq olub. Faktla bağlı cinayət işi başlanıb, qaçmış şəxsin saxlanması istiqamətində tədbirlər görülür. Hadisə yerindən cinayətdə istifadə olunmuş qaz tapançası götürülüb. Faktla bağlı saxlanan şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir.

 





21.12.2012    çap et  çap et