525.Az

Şəkidə torpaq üstündə kütləvi dava


 

Şəkidə torpaq üstündə kütləvi dava<b style="color:red"></b>

Şəkidə torpaq üstündə qonşular arasında baş verən davada bir nəfər xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakini, 1958-ci il təvəllüdlü İslam Mədət oğlu İsayev döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 57 yaşlı İslam İsayevə qapalı kəllə-beyn travması və sifətin əziyi diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kəndində İslam İsayevlə qonşuları arasında torpaq üstündə münaqişə yaranıb.
 
Münaqişə zəminində iyulun 28-i səhər saatlarında İslam İsayev qonşusunu döyüb. Həmin gün axşam saatlarında yenidən yaranan münaqişə zəminində isə qonşuları İslam İsayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər.
 
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

 





29.07.2015    çap et  çap et