525.Az

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək


 

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 31-də Qax şəhərində, Heydər Əliyev Mərkəzində saat 11:00da vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Əlavə məlumat üçün +994 (12) 512-01-14 saylı telefon və ya [email protected] elektron ünvana müraciət etmək olar.

 





29.07.2015    çap et  çap et