525.Az

Bəzi məhsullar gömrük rüsumundan azad edilib


 

Bəzi məhsullar gömrük rüsumundan azad edilib<b style="color:red"></b> “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına dəyişiklik edilib.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklə bağlı Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarda "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiqlənib.
 
Qeyd edək ki, “Qrup 84” üzrə yaddaş qurğuları (sərt maqnit disklərdə), hesablayıcı maşınların digər qurğuları, 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (elektron modulları), 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (digərləri), “Qrup 85” üzrə digər monitorlar (yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan), elektron inteqral sxemlər (prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər daxildir.
 
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və 7 il müddətində qüvvədə olacaq.
 





29.07.2015    çap et  çap et