525.Az

Elman Mehdiyev Şamaxıda vətəndaşları qəbul edəcək


 

Elman Mehdiyev Şamaxıda vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri  Elman Mehdiyev Şamaxıda 5 rayonun  sakinləri üçün qəbul keçirəcək.
 
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, E.Mehdiyev avqustun 3-də, saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
 
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
                        
           Fondun Aparatında                           (012) 434-12-34
           Şamaxı rayon şöbəsində                    (02026) 5-14-15
           Qobustan rayon şöbəsində                 (02024) 5-22-30
           İsmayıllı rayon şöbəsində                  (02028) 5-31-48
           Ağsu rayon şöbəsində                        (02022) 6-51-07   
           Kürdəmir  rayon şöbəsində                (02025) 5-02-07
                    
Qəbulda iştirak edəcək vətəndaşların avqustun 3-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
 





29.07.2015    çap et  çap et