525.Az

130 PKK terrorçusu zərərsizləşdirilib


 

130 PKK terrorçusu zərərsizləşdirilib<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələri 130 PKK terrorçusunu zərərsizləşdirib.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatları nəticəsində PKK terror təşkilatının xeyli gizli cəbbəxanası sıradan çıxarılıb.  Bəzi məlumatlara görə, PKK-nın əsas liderlərindən biri Murad Karayılanın qərargahı da hava hücumu nəticəsində darmadağın edilib.
 
Zərərsizləşdirilən şəxslər sırasında PKK liderləri olmasa da, kod adı "Qabar" olan məsul şəxsin öldürüldüyü müəyyənləşib.
 
Bəzi məlumatlara görə, öldürülən PKK-çıların sayı daha çoxdur. Dəqiqləşdirilməyən məlumatlara əsasən, 200 terrorçu məhv edilib.

 





29.07.2015    çap et  çap et