525.Az

"Qarabağ"la oyun ərəfəsində "Seltik"də ciddi itki


 

"Qarabağ"la oyun ərəfəsində "Seltik"də ciddi itki <b style="color:red"></b>

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək "Seltik" ciddi itki ilə üzləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın mərkəz müdafiəçisi Çarli Malqryu zədə səbəbindən axşamkı görüşdə iştirak etməyəcək.

"Renn"lə yoxlama görüşündə dizindən zədə alan şotlandiyalı futbolçu "Qarabağ"la ilk oyunda komandasına kömək edə bilməyəcək. "Seltik"in baş məşqçisi Roni Deylanın onun mövqeyində Emilio İzaqurreyə şans verəcəyi gözlənilir.

Qeyd edək ki, bu axşam keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 





29.07.2015    çap et  çap et