525.Az

“21 dekabr”la bağlı Günəş sistemində ciddi dəyişiklik müşahidə olunmur”


 

“21 dekabr”la bağlı Günəş sistemində ciddi dəyişiklik müşahidə olunmur”<b style="color:red"></b> “Son bir həftədə günəşdə aktivlik minimum səviyyəsinə enib. Bununla bağlı olaraq yer kürəsində maqnit qasırğası da azdır”.
 
Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov verib.
 
O bildirib ki, Günəş sistemində hansısa hadisə olarsa, bunun nəticəsində 2-3 gün sonra yerdə maqnit qasırğası olur: “Ancaq hazırda Günəşdə sakitlik olduğundan yerdə də maqnit qasırğası olmamalıdır”.
 
N. Cəlilov bu gün bəzi insanların özlərini rahatsız hiss etməsinin səbəbinin maqnit qasırğası ilə əlaqələndirməsinə də münasibət bildirib. Onun sözlərinə görə, insanların özünü rahatsız hiss etməsi havada nəmlik səviyyəsinin gözlənilmədən dəyişməsi və təzyiq fərqlərinin əmələ gəlməsi ilə əlaqədardır: “Dünyanın axırı ilə bağlı yayılan xəbərlərdən sonra Günəş sistemində baş verən hadisələri daha tez-tez izləyirik. Amma bu günlə bağlı Günəş sistemində ciddi dəyişiklik yoxdur. Günəşdə aktivliyin maksimum fazada olduğuna görə, bu cür sakitliyin olması bir qədər maraqlıdır. Adətən Günəşdəki sakitlikdən bir müddət sonra güclü partlayışlar olur. Amma o partlayışların dalğasının Yerə çatıb-çatmamağını zaman göstərəcək. Günəşi hər iki tərəfdən arası kəsilmədən müşahidə edirik. Əgər Günəşdə partlayış olsa belə, bu, Yerə 3 gündən sonra çatır. Hələlik belə hal müşahidə olunmur”.
 





21.12.2012    çap et  çap et