525.Az

"Çelsi" "Barselona"ya qalib gəldi


 

"Çelsi" "Barselona"ya qalib gəldi<b style="color:red"></b>

ABŞ-da Beynəlxalq Çempionlar kubokunun növbəti oyunu keçirilib.

Qol.Az-ın məlumatına görə, "Fedex" stadionunda "Çelsi" və "Barselona" üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan London klubu 4:2 hesabı ilə qalib gəlib.

Digər matçda "Benfika" "Klub Amerika"nı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

29 iyul

"Çelsi" - "Barselona" - 2:2 (penaltilər seriyası - 4:2)
Qollar: Eden Hazard, 10 (1:0), Luis Suares, 52 (1:1), Sandro Ramires, 66 (1:2), Qari Kehill, 86 (2:2)

"Klub Amerika" - "Benfika" - 0:0 (penaltilər seriyası - 3:4)

 





29.07.2015    çap et  çap et