525.Az

İş axtaran müəllimlərin imtahanında ikinci mərhələ başlayır


 

İş axtaran müəllimlərin imtahanında ikinci mərhələ başlayır<b style="color:red"></b>

Müəllimlərin işə qəbulu ilə bağlı aparılan test imtahanları bu gün yekunlaşır.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sonununcu gündə ibtidai sinif müəllimləri imtahan verəcək. Test imtahanları bitdikdən sonra vakant yeri tutumaq hüququ qazanan müəllimlər müsahibə mərhələsinə buraxılacaq.

Sabahdan isə müəllimlərin işə qəbulu üzrə son mərhələ-müsahibə mərhələsi başlayacaq. Müsahibə mərhləsi iyulun 30-dan avqustun 3-dək keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmamış namizədlər iştirak edə bilərlər.

 





29.07.2015    çap et  çap et