525.Az

"İnter"lə oyuna yaxşı köklənməliyik"


 

"İnter"lə oyuna yaxşı köklənməliyik"<b style="color:red"></b>

"Avropa yarışlarında mübarizə aparmaq hər zaman həyəcanlıdır. Üç il öncə Avropa Liqasının finalında oynamışıq. Bu uğuru yenidən təkrarlamaq istəyirik".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletik"in müdafiəçisi Emerik Laporte deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları "İnter"lə oyun haqda fikirlərini bölüşən 21 yaşlı futbolçu sabah komandasının qələbəyə oynayacağını bildirib:

"Biz Avropaya nisbətən uzaq ölkəri təmsil edən klubların elə də yaxşı futbol sərgiləmədiyini düşünürük. Ancaq matça gəlincə hər şey mürəkkəbləşir. Biz "İnter"in oyunlarının videoyazılarını izləməmişik. Ancaq rəqib haqda müəyyən məlumatımız var. Sabahkı görüşə yaxşı köklənməliyik və qələbə qazanmalıyıq".

Qeyd edək ki, sabah Bilbaoda keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 





29.07.2015    çap et  çap et