525.Az

Yazıçılar Birliyində yeni layihələr olacaq


 

Yazıçılar Birliyində yeni layihələr olacaq<b style="color:red"></b>

“Azərbaycan Yazıçılar Birliyinin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün nəzərdə tutduğu bir çox layihələr var. Bunların hamısı haqqında indidən danışmaq, məncə, tezdir. Yazıçılar Birliyinin Türkiyənin ciddi qurumlarından biri İLESAM-la olan əməkdaşlıq müqaviləsinə əsasən il sonunadək bir neçə layihəsi baş tutacaq”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza ədəbi qurumun qarşıdakı yeni layihələrindən bəhs edərkən bildirib.

Onun sözlərinə AYB-də qarşıdan gələn aylar ərzində bəzi yeniliklər olacaq. AYB-də yeni müsabiqələrin keçiriləcəyi də gözlənilir:

“Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin, Güney Azərbaycan şöbəsinin, Yaradıcılıq məsələlər üzrə katibliyin il sonuna qədər nəzərdə tutduğu layihələri var. Rəhbəri olduğum aybKitab layihəsi də tam gücü ilə fəaliyyətdədir.

Bilirsiniz ki, qısa bir zamanda bu layihədə 16 kitab işıq üzü görüb və il sonuna qədər bir neçə kitab da bu layihəyə əlavə olunacaq. ayb.az və ru.ayb.az saytlarının daha da təkmilləşməyi, müəlliflərlə daha geniş əlqalələr yaratmağı planlaşdırırıq. Yeni müsabiqələrin keçiriləcəyi də gözlənilir”.

 





29.07.2015    çap et  çap et