525.Az

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq


 

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq<b style="color:red"></b>

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Seltik” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq.

Bu haqda Qol.Az saytına “Qarabağ”ın direktoru Əmrah Çəlikəl məlumat verib. O qeyd edib ki, bir gün əvvəl matçın Azərbaycan dövlət televiziyasında yayımı ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub.

Əmrah Çəlikəl bildirib ki, bu gün isə “Seltik” tərəfi matçın ümumiyyətlə, yayımlanmayacağı qərarını verib.

“Qarabağ” və AzTV-dən asılı olmayan səbəblərə görə, oyun canlı yayımlanmayacaq. “Seltik” klubu azarkeşlərinin stadiona gəlişini təmin etmək  üçün oyunun heç bir kanalda yayımlanmaması haqda qərar verib” – deyə Ə.Çəlikəl bildirib.

 





29.07.2015    çap et  çap et