525.Az

Daha bir “Ulduz” çapdan çıxıb


 

Daha bir “Ulduz” çapdan çıxıb<b style="color:red"></b>  “Ulduz” ədəbi-bədii jurnalın növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında gənc şairlər Mətləb Muxtarovun, Elvin Bakiroğlunun, Nuranə Nurun, Şəbnəm Karslının, Alik Əlioğlunun, Aqşin Evrenin, Ramil Əhmədin, Şahinə Könülün, Emin Pirinin, Günel Eyvazlının şeirlərinə, həmçinin mərhum Rafiq Tağının “Qatilə didaktika dərsləri”, Şərif Ağayarın “Şeqlov üsulu” hekayələri, Kamal Abdullanın müsahibəsi, Sərvər Şirinovun “Yeni era başlayır”, Əsəd Cahangirin “Devrimdən doğulanlar” məqalələri  verilib.

Gənc yazar Fərid Hüseynin “Arazın o tayında” memuarı, “Şən kupletlər”,“Ağlamalı lətifələr”, “Hədəfdə Rəşad Məciddir. Facebook-intervyü” də bu saydadır.

“Tanınmış qələm adamları Etimad Başkeçidin romanından danışdılar”, “Ulduz” jurnalının 2012—ci il iyul sayı haqqında müzakirə, “Ədəbi xəbərlər”, “Səni yanasan, Mo Yan!” başlıqlı yazılar, polyak poeziyasından Nazir Rüstəmin, gürcü poeziyasından İmir Məmmədlinin tərcümələrini jurnalın yeni sayında oxumaq olar. 

GÜNEL
 





21.12.2012    çap et  çap et