525.Az

Yağıntılı və küləkli hava davam edəcək


 

Yağıntılı və küləkli hava davam edəcək<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla əvəz olunacağı gözlənilir.

 Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında dekabrın 22-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
 
Dekabrın 22-də qeyri-sabit, arabir yağıntılı və küləkli hava şəraiti davam edəcək.

 





21.12.2012    çap et  çap et