525.Az

Türkiyədə terrorçuların hücumu nəticəsində 3 hərbçi şəhid olub


 

Türkiyədə terrorçuların hücumu nəticəsində 3 hərbçi şəhid olub<b style="color:red"></b>

Türkiyənin Şırnak vilayətində hərbçilər terror hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, separatçı terrorçular hərbçilərə silahlı hücum ediblər. Nəticədə Silahlı Qüvvələrin 3 hərbçisi ölüb, açılan cavab atəşi ilə 1 terrorçu məhv edilib.

 





30.07.2015    çap et  çap et