525.Az

“Nazir-redaktor dialoqu”nda qarşı tərəf təşəbbüskar qismində çıxış etməlidir”


 

“Nazir-redaktor dialoqu”nda qarşı tərəf təşəbbüskar qismində çıxış etməlidir”<b style="color:red"></b> “Mətbuat Şurası müxtəlif dövlət qurumlarının rəhbərlərinin media ilə birbaşa təmasında maraqlıdır və fəaliyyətdə olduğu müddətdə bu istiqamətdə çoxsaylı görüşlər təşkil edib. Bütün bunlar demokratik cəmiyyət quruculuğu baxımından son dərəcə önəmlidir”.

Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
O bildirib ki, “Nazir-redaktor dialoqu”nda qarşı tərəf də maraqlı olmalı, təşəbbüskar qismində çıxış etməlidir:

“Mətbuat Şurası olaraq mövcud istiqamətdəki missiyamız barədə dəqiq təsəvvürümüz var. Hesab edirəm ki, burada qarşı tərəf də maraqlı olmalı, təşəbbüskar qismində çıxış etməlidir. Hər bir qurum gördüyü işlərin cəmiyyətdəki şəffaflıq göstəricisini müəyyənləşdirməlidir. Bunun ən yaxşı üsulu media ilə təmasların möhkəmləndirilməsidir. Bu, insanların həmin qurumların şəxsində bütövlükdə dövlətə olan inam və etimadı kontekstində dəyərləndirilməli məsələdir”.
 
Şura sədri qeyd edib ki, Mətbuat Şurası artıq illərdir həyata keçirilən “Nazir-redaktor dialoqu” layihəsinin davamlılığında maraqlıdır: “Bununla əlaqədar üzərimizə düşən bütün işləri gerçəkləşdirəcəyik”.
 





30.07.2015    çap et  çap et