525.Az

“Müsavat Partiyası parlament seçkilərində iştirakın tərəfdarıdır”


 

“Müsavat Partiyası parlament seçkilərində iştirakın tərəfdarıdır”<b style="color:red"></b> “Müsavat Partiyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinə namizədləri 73 dairədən müəyyənləşib”.
 
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
 
G. Aslanlı bildirib ki, partiyanın parlament seçkilərinə hazırlığı davam edir, artıq ilkin namizədlər müəyyənləşib.

Onun sözlərinə görə, Müsavat Məclisi namizədləri Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin tarixini açıqlayandan sonra, yəni, seçkilərə 60 gün qalmış təsdiq edəcək.
 
G. Aslanlı Müsavatın təkbaşına parlament seçkilərinə qatılacağını bildirərək, boykotu məqsədəuyğun hesab etmədiklərini vurğulayıb:

“Hesab edirik ki, indiki halda Azərbaycanda seçki qanunvericiliyində islahat aparılmalı, demokratik seçki mühiti yaradılmalıdır. Bununla yanaşı, biz seçkilərdə iştirak etməklə, həm də təbliğat imkanlarından yararlanmaq, platformamızı seçicilərə açıqlamaq niyyətindəyik. Buna görə də, partiya boykotun deyil, seçkilərdə iştirakın tərəfdarıdır”.
 





30.07.2015    çap et  çap et